Böyük Britaniya BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı Azərbaycanla sıx əməkdaşlıq edir.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart Azərbaycanın Londondakı səfiri Elin Süleymanovla görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Böyük Britaniya emissiyaları iki dəfə azaldan ilk böyük iqtisadiyyat olaraq COP29-a hazırlıqla bağlı Azərbaycanla sıx əməkdaşlıq edir. Bununla qlobal istiləşməni “1,5°C missiyası” çərçivəsində məhdudlaşdırmaq üçün beynəlxalq əməkdaşlığı təşviq edirik”, - paylaşımda qeyd olunub.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir