Fevralın 20-də Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol rəsmi “X” hesabında məlumat verib.
Fatih Birol bildirib ki, COP28-in prezidenti Sultan əl-Cabirin rəhbərliyi ilə keçiriləcək müzakirələrin əsas məqsədi Birləşmiş Ərəb Əmirlikləri konsensusu çərçivəsində COP28-in nəticələrinə nəzər yetirmək və COP29 üçün növbəti addımları müəyyən etmək olacaq.
Məlumatda qeyd edilir ki, toplantıda dünyanın iqlim və enerji liderləri, müxtəlif ölkələrdən rəsmi nümayəndələr, diplomatlar iştirak edəcək.
Toplantıda ölkəmizi xarici İşlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iştirak edəcək.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir