21 fevral 2024 20:02
268

BAEA rəhbəri yaxın aylarda İrana səfər etmək niyyətindədir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi yaxın aylarda İrana səfər edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami bildirib.

Səfər aprelin sonundan mayın sonuna qədər olan dövrə, Tehranda ilk beynəlxalq nüvə konfransının keçiriləcəyi vaxta planlaşdırılıb.

M.Eslaminin sözlərinə görə, R.Qrossinin səfəri gündəmdədir və onun üzərində iş gedir. “Ancaq BAEA baş direktorunun səfərinin fevral və ya mart aylarında baş tutacağı ehtimalı azdır, onun iş qrafiki doludur”, - AEOI rəhbəri söyləyib.