16 fevral 2018 15:29
1229

AMEA-da elmi sessiya keçirilir

“İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır” mövzusunda elmi sessiya keçirilir

Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusuna həsr olunmuş birgə elmi sessiyası keçirilir.

AZƏRTAC xəbər verir ki, akademiyanın Rəyasət Heyətinin binasında təşkil olunmuş tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər akademiyanın müxtəlif qurumlarla, nazirlik və dövlət komitələri ilə müştərək tədbirlər keçirməsinin artıq ənənə hal aldığını deyib. Akademik Azərbaycanda molekulyar biologiya, biotexnologiya, gen mühəndisliyi və elektron tibb sahəsində görülən işlərdən də danışıb. Biotexnologiya, kök hüceyrələri və nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacibliyini qeyd edib.

Elmi sessiyada AMEA-nın biologiya və tibb elmləri bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov "Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri" mövzusunda çıxış edib. Akademik son illər ölkəmizin səhiyyə, o cümlədən tibb elmi və təhsili sahələrinin beynəlxalq miqyasa çıxdığını, bu sahələrin inkişafına əlverişli şərait yaradıldığını və nəticədə yeni tədqiqat imkanlarının açıldığını diqqətə çatdırıb.

Sessiya davam edir.