26 fevral 2024 01:56
265

Bakıda beşmərtəbəli binada yanğın olub

Bakının Binəqədi rayonunda yanğın olub.

Hadisə Mir Cəlal küçəsindəki beşmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və bir neçə canlı qüvvəsi cəlb olunub.

Beşinci mərtəbədəki mənzildə başlayan yanğın qısa müddətdə söndürülüb.

Ev sahibi Adəm Daşdəmirovun sözlərinə görə, hadisə vaxtı mənzildə heç kim olmayıb.

APA