Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədlərindən biri 2050-ci ilə qədər “xalis sıfır” (Net Zero) hədəflərinə çatmasıdır.
"İki sahil"in SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və BP-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Culia Kerkia (Ciulia Çierçia) ilə görüşündə bildirilib.
Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb.
Ötən ilin dekabrında SOCAR və BP şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan anlaşma memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.
SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “sıfır metan” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğu bildirilib.
Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR