28 fevral 2024 09:19
222

Pentaqon Yəməndə husilərin 230 hədəfinə zərbələr endirib

ABŞ Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) üsyançılarının 230 hədəfini vurub.

“İki sahil” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq məsələləri üzrə köməkçisinin müavini Deniel Şapiro deyib.

O həmçinin Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində qeyd edib ki, ABŞ qüvvələri çox güman ki, husilərin yüzlərlə silahını məhv edib. Bununla belə, Şapironun sözlərinə görə, hərəkat qalan arsenalından istifadə edərək “qarşıdurmaya tab gətirməkdə qərarlı” görünür.