Rusiyanın Komi Respublikasının Roteresski rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsi dörd nəfərin ölümü ilə nəticələnib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə regionun Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyindən bildirilib.
“Qəza Sıktıvkar - Troitsko-Peçorsk magistralının 74-cü kilometrliyində baş verib. İlkin məlumata görə, iki avtomobil toqquşub: “Renault” və “Daewoo”. Qəza nəticəsində üç nəfər yerindəcə, bir nəfər isə xəstəxanada keçinib”, – qurumun məlumatında bildirilib.
Faktla bağlı araşdırma aparılır.
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək