04 mart 2024 09:28
262

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayonun Düz Cırdaxan kənd sakini Firuz Qocayev idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə piyada, 1978-ci il təvəllüdlü, Tovuz rayonunun Abulbəyli kənd sakini Almaz Abdullayevanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.