05 mart 2024 00:34
394

Bel ölçüsünün artması təhlükəlidir

Artıq çəki bir çox insanda müşahidə oluna bilər. Eyni zamanda, bəzilərində infarkt, insult və vaxtından əvvəl ölümə səbəb olan təhlükəli bir vəziyyət - metabolik sindrom inkişaf edir. Bəs hansı hallarda artıq çəki xəstəliklərin "ölümcül dördlüyünün" meydana çıxması ilə əlaqələndirilir? Bu barədə Rusiya kanalında həkim Aleksandr Myasnikov danışıb.

Qarın piy kütləsinin artması metabolik sindromun göstəricilərindən biridir. Bu təhlükəlidir, çünki piylənmə, II tip şəkərli diabet, hipertoniya, ateroskleroz və böyrək funksiyasının azalması qarın piylərinə "bağlıdır". Mütəxəssis azacıq artıq çəkisi olan insanları buna diqqət yetirməyə çağırıb.

"Bir az artıq çəki onsuz da potensial təhlükədir. Məsələn, əlavə beş kiloqram. Buna nəzarət etməli və daim nəzarətdə saxlamalısınız", - doktor Myasnikov məsləhət görüb.

Bel ətrafı ölçüsü

102 santimetrdən çox olan kişilər risk altındadır. Qadınlar üçün isə kritik rəqəm 88 santimetrdir. Bu, həkimin qeyd etdiyi kimi, “pis və ya yaxşı”ya doğru dəyişə biləcək bir sərhəd vəziyyəti sayılır.

Ciddi nəticələrin qarşısını almaq üçün qidalanmaya nəzarət etmək, gündəlik pəhrizinizi yaxşılaşdırmaq, daha çox hərəkət etmək, aerobik məşqlər etmək və artıq inkişaf etməyə başlayan patologiyaları müalicə etmək lazımdır.

Nubar Süleymanova, “İki sahil”