13 fevral 2018 00:43
5410

Üzdə qırışlar nədən yaranır?

Yeni araşdırmalarda qırışların əmələ gəlmə səbəblərindən və onların qarşısının alınmasından danışılır.

Bəzilərinin üzündə qırışlar 30 yaşında əmələ gəlir, başqasında 45 yaşında qırışdan əlamət belə olmur. Bu nədən asılıdır və dərinin elastikliyini və təravətini qorumaq üçün nə etmək lazımdır?

İnsan dərisi - təkcə yaşın deyil, ümumilkdə orqanizmin vəziyyətinin güzgüsüdür. Balaca uşaqda dəri nazik, incə, asan zədələnə biləndir. Böyüklərə nisbətən uşaqlarda epidermis 2 - 3 dəfə nazikdir, qoruyucu təbəqə zəif inkişaf edib, lakin dərialtı piy toxuması bir neçə dəfə qalındır.

Uşaqların dərisində qan dövranı daha çoxdur, damarlarda hüceyrələrin ötürücülüyü yüksəkdir. Onlarda istiliyin tənzimi və tər ifrazı prosesi natamamdır və uşaqlar daha tez istilənir və tərləyirlər. Belə olduqda isə onlar tərli, pişməcə olurlar ki, bu səbəbdən uşaqları böyüklərə nisbətən 2-3 dəfə yüngül geyindirmək lazımdır.

6- 8 yaşlarında artıq uşağın dərisinin quruluşu və funksiyası böyüklərinkinə oxşamağa başlayır. Sonra illər ötdükcə dərinin strukturunda yaş ilə əlaqədar olaraq dəyişikliklər baş verməyə başlayır, tədricən təravətin itirir və asılı olmağa başlayır:

- Qanla təmin azalır;

- Tər və piy vəzlərinin tədricən zəifləməsi və qismən fəaliyyətinin azalması;

- Dərinin təbii şəkildə nəmliyini təmin etmək qabiliyyətini itirmək ( buna görə də, dəri qeyri - elastik, quru və solğun olur, möhkəmliyini itirir);

- Dərialtı piy vəzlərinin fəaliyyətinin azalması, bəzi yerlərdə tamamilə yox olması (üzün ovallığı dəyişir);

- Dərinin rənginin pisləşməsi. Dəri xırda və dərin qırışlarla örtülür, rahat qıcıqlanır və travma alır;

- Regenerasiya prosesi pisləşir, bu da öz növəsində əmələ gələ biləcək hansısa bir yaranın gec sağalmasına səbəb olur;

Orqanizmin vəziyyətindən və həyat tərzindən aslı olaraq bu dəyişikliklər tez və ya gec, daha çox və ya az gözə çarpa bilər.

Orqanizmin və onun btütün orqan və sisteminin qocalması daxili və xarici səbəblərdən qaynaqlanır.

Qocalmağın fizioloji səbəbləri

- Bizim hüceyrələrinmizin ömür müddəti genetik olaraq proqramlaşdırılıb: bu o deməkdir ki, kimsə 50 yaşında daha təravətli və cavan görsənə bilər, kimisi isə 25 yaşında qırışlarını saya bilər.

- Pis ekologiyanın səbəb olduğu imunitet funksiyasının aşağı düşməsi qoruyucu funksiyanın deffektinə gətirib çıxarır və hüceyrələrin regenerasiya prosesində onların bərpa olunması gec gedir, dəri nazikləşir və solgun rəng görünüşünə sahib olur.

- Orqanizmdə baş verən xəstəlik zamanı onların sağalması üçün qəbul olunan dərmanlar dəridə əks olunur və təravətin itməsinə səbəb olur.

- Pis və qeyri - müntəzəm qida qəbulu dərinin vəziyyətinə təsir edir.

- Ciddi, daimi pəhriz dərini qidalandırıcı maddələrdən məhrum edir və dərinin sallanmasına və qırışların əmələ gəlməsinə səbəb olur.

Dərinin qocalmasına xarici faktorların təsiri liflərin dağılmasına və nəticədə qırışların əmələ gəlməsinə səbəb olur.

- Hesab olunur ki, zərərli ultrabənövşəyi şüalar 80% hallarda kollagen və elastik liflərin dağılmasına və nəticədə dəridə qırışların yaranmasına səbəb olur.

- meteoroloji faktor (soyuq, külək, atmosferin çirklənməsi) dəriyə zərər yetirən faktorlardan biridir.

- Həyat tərzi ilə əlaqəli faktorlar (siqaret, alkaqol).

- Kosmetik faktorlar

- Sintetik materiallar, süni liflər dəri səthində kimyəvi və elektrik əlaqəni dəyişir.

- Üz mimikalarından çox istifadə erkən qırışların əmələ gəlməsinə səbəb olur, əsasən də alın və burunətrafı büküklərdə.

İntensiv həyat tərzi və ya günün rejiminin pozulması, siqaret, stress artıq 30 yaşında qırışların əmələ gəlməsinə səbəb olacaq.

Könül Əliyeva, “İki sahil”