Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin martın 5-də Azərbaycan Respublikasına səfərə gəlib.
“İki sahil” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib
Vüqar Rəhimzadə: Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəmiyyətə malik geosiyasi məkan formalaşdırır
İlham Əliyev: Kibertəhlükəsizlik strategiyası Azərbaycanın milli təhlükəsizlik arxitekturasının əsasını təşkil edir
Prezident İlham Əliyev WTDC-25-in iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB