07 mart 2024 15:22
498

Qərb fondlarının məkrli sifarişlərinin icraçıları İFŞA OLUNMALIDIR

Qərbin məkirli planlarını həyata keçirən USAİD və Samanta Pauerin rəhbərlik etdikləri Qərb fondlarının təsiri altına düşən ölkələrdə rəngli inqilabların olduğunu müşahidə etmişik. Qərbə məxsus fondlar və QHT-lər demokratiya, söz azadlığı və insan haqları şüarları altında dinc insanların beyinlərini pozmaqla onları yoldan çıxardaraq dövlətə qarşı qaldırmağa nail olmağa çalışırlar. Təbii ki, "ərəb baharı"nın baş verdiyi ölkələrdə çevrilişlərdən sonra yaranmış vəziyyətinin bu gün də düzəlmədiyinin şahidi olmuşuq. Qərbin Qonşu Gürcüstanda nələr etdiyinin şahidi olmuşuq. O cümlədən Ukraynada "narıncı inqilab" etməklə hakimiyyət çevrilişinə nail olan Qərb bu ölkəni də məhv olunma vəziyyətinə gətirdi. Bu gün Ukarynada müharibə davam edir, yüz minlərlə dinc insan həlak olur, şəhərlər və kəndlər yer üzündən silinir. Elə Qərbin himayə etdiiyi  fondların da istəyi budur.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Abzas Media və Toplum Tv -də Qərb fondları tərəfindən himayə olunaraq Azərbaycanın  ərazisində siyasi sabitliyi pozmaq istiqamətiundə sifarişlərin icrası ilə məşğul olurlar. Azərbaycan dövləti güclüdür və ölkə daxilində çaşqınlıq yaratmaq istəyən Qərbin sifarişlərinin icraçılarına qarşı vaxtında tədbirlər görür. Bu gün güclü Azərbaycanın yaranmasında narahat olanlar çoxdur.  Xalqımız və dövlətimiz ölkəmizə düşmən gözü ilə baxanlara daxili sabitliyi pozmağa heç vaxt imkan verməyəcək. 

Azər Badamov bildirib ki, Qərbi və onun himayə etdiyi fondları insan haqları, demokratiya və insanların gələcəyi narahat edirsə milli müstəqil dövlətlərin dağıdılmasına xərclənən pulların bir hissəsini Afrikada aclıqdan əziyyət çəkən insanlara göndərsinlər. Onların da yaşamaq haqları var . Samanta Pauer, USAİD və digərləri qoy onlara yardımlar göndərsin və düşdüyü faciəlli vəziyyətdən çıxarmağa çalşısınlar. Amma onlar üçün kasıb, yoxsul ölkələr maraqlı deyil. Çünki, onları narahat edən müstəqil və inkişaf edən ölkələrdir. Ona görə də öz milyonlarını müstəqilliyi ilə uğur qazanmış dövlətləri məhv etmək istiqamətində xərcləyirlər. Onlar bilsinlər ki,  Azərbaycanla belə oyunların aparılmnası heç vaxt baş tutmayacaq. 
ABŞ və Qərb ölkələri  jurnalistləri, vətəndaş cəmiyyətin nümayəndələrini, tanınmış şəxsləri xarici ölkələrlə əməkdaşlıqda, informasiya yaymaqda günahlandıraraq təqib edir və həbs etməyə çalışırlar. Misal üçün Edvard Snoouden, Culian Asanc və s. misal göstərmək olar. Bu şəxslərin heç bir günahı olmadığı halda onları təqiblər və həbslərə məruz saxlayaraq gününü qara edirlər. Onda belə çıxır ki, söz azadlığı və insan haqlarının Qərbə aidiyyatı yoxdur, bu ancaq Azərbaycan kimi ölkələrdə təmin olunmalıdır? Təbii ki, Azərbaycan söz azadlığını yüksək səviyyədə təmin edib və insan haqlarına yüksək səviyyədə dəyər verən ölkədir. Amma xalqın milli maraqlarına qarşı, dövlət əleyhinə işləyən və qeyri-qanuni üsullarla fəaliyyət göstərməkdən çəkinməyən şəbəkələrin müəyyənləşdirilməsi və neytrallaşdırılması istiqamətində tədbirləri davam etdirməli olduğunu hesab edirəm.

Şəmsiyyə Əliqızı, "İki sahil"