Abzas Media, Toplum Tv kimi qurumlar Qərbin qarayaxma kampaniyası, dağıdıcı siyasətinin həyata keçirilməsində alət kimi çıxış edirlər. Qərb fondları Rusiya, Gürcüstan, Azərbaycan və digər ölkələrdə daxili işlərə qarışmaq məqsədi ilə həyata keçirdikləri təxribatlarda müxtəlib media qurumlarından, QHT-lər, sosial şəbəkələrdən istifadə edirlər.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq İlyas Hüseynov bildirdi.

Politoloq qeyd etdi ki, USAİD və ona yaxın olan müxtəlif QHT-lər, hüquq müdafiə təşkilatları ölkəmizə qarşı dəfələrlə çirkin qarayaxma kampaniyası həyata keçiriblər. Ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində, seçkilər dövründə bu təşkilat və onun funksionerləri çalışıblar ki, qarışıqlıq yaratsınlar. Uzun illər ərzində Azərbaycanda şəbəkələşmək arzusunu həyata keçirmək istəsələr də uğursuzluğa düçar olublar. Daxili sabitliyə xələl gətirmək cəhdləri də iflasa uğrayıb. ABŞ və Qərb ölkələrində mövcud vəziyyətə nəzər salanda tamamilə ayrı münasibəti görürük. Jurnalistlərə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, ictimai aktivistlərə qarşı dövlət güclü tədbirlər həyata keçirir, kəskin siyasət yürüdür. Ervard Snouden, Culian Assanj və digərlərinə qarşı hansı proseslərin icra olunduğunu biz bu gün də görməkdəyik.

İ.Hüseynov xatırlatdı ki, Culian Assanjın hüquqlarının qorunması istiqamətində bu gün böyük beynəlxalq hərəkat başlayıb. Azərbaycan öz milli maraqlarına uyğun addımlar atır və dövlət əleyhinə işləyən müxtəlif şəxslərin, qrupların və təşkilatların təsiri altına düşərək qeyri-qanuni usullarla fəaliyyət göstərən və bundan çəkinməyən şəbəkələr ifşa olunur. Onlar ifşa olunmalıdır.
Günel Cəlilova, "İki sahil"