08 fevral 2018 20:40
1193

İlham Əliyev: Cənub Qaz Dəhlizi qazla təmin edilir

Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında deyib.

“Biz indi nəhəng enerji layihələrini icra edirik. Bu da qarşıda duran əsas vəzifələrdən biridir. Biz Cənub Qaz Dəhlizini vaxtında təhvil verməliyik, bunu edəcəyik. Bütün maliyyə resursları təmin edilib, həm Azərbaycan, həm beynəlxalq banklar tərəfindən. Müəyyən yubanmalar olmuşdur, onlar da aradan götürüldü. Çünki Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. “Şahdəniz-2” layihəsindən yaxın zamanlarda qaz çıxarılacaq. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır”, - deyə dövlətimizin başçısı bildirib.