Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi ölkədəki (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotunu aparır.
“İki sahil” nazirliyə istinadən xəbər verir ki, bu məqsədlə təsərrüfat sahibləri - fiziki və hüquqi şəxslər ad, soyad ata adı, əlaqə nömrəsi, ünvanlarını, təsərrüfatın sahəsini, təsərrüfatın su səthinin sahəsini, yetişdirilən növləri və hər növ üzrə yetişdirilən həcmləri və satış üçün nəzərdə tutulan miqdarları qeyd edərək [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
İlkin uçotun aparılmasında əsas məqsəd təsərrüfatların sayını, coğrafi yerləşməsini, istifadə olunan su resurslarını, yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini və ümumi istehsal potensialını müəyyənləşdirməkdir.
Toplanacaq məlumatlar gələcək illərdə yerli istehsalın təşviqi, subsidiya layihələrinin hazırlanması, təsərrüfatların qeydiyyatının sadələşdirilməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə xidmət edəcək.
Fermerlərdən və sahibkarlardan formaları dolğun və dəqiq məlumatlarla doldurmaları xahiş olunur.