Gəncə aeroportunda qatı duman səbəbindən Bakı-Gəncə aviareysində ləngimə olub.
AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, fevralın 8-də saat 08:00-da həyata keçirilməli olan J2-239 saylı Bakı-Gəncə reysi təxirə salınıb. AZAL-ın “Embraer E190LR” təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulan reys ilə növbəti uçuşun vaxtı hazırda məlum deyil.