Sabah dörd rayonda qazın verilişində məhdudiyyətlər olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində istismarda olan orta təzyiqli daşıyıcı qaz kəmərinin yeraltı hissəsində, Ağdaş və Göygöl rayonları ərazisində aşkar edilmiş qaz sızmalarının ləğvi, həmçinin Qusar şəhəri, S.Vurğun küçəsi istiqamətində yeni çəkilmiş polietilen qaz xəttinin daşıyıcı kəmərə qoşulması ilə əlaqədar sabah saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
Qeyd olunub ki, təmir-bərpa işləri aparılan müddətdə Quba (18 kənd), Qusar (rayon mərkəzinin bir hissəsi), Göygöl (bir hissəsi) və Ağdaş (bir hissəsi) rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR