Acıq nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir. Ötən illər ərzində təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri heç zaman Azərbaycan siyasi səhnəsində ciddi şəxslər kimi qəbul olunmayıblar. Bu anti-milli dəstənin üzvləri erməni lobbisinin pulları qarşılığında öhdəlik götürüblər ki, öz dövlətlərinə qarşı çirkin oyunlar qurub, ölkəni qarşıdurmalara, qeyri-sabitliyə çəkməyə çalışacaqlar.
Bir-birləri ilə qrant davasına çıxan orduxanlar, torallar, məhəmmədlər, rəfaillər, vidadilər və s. bütün mənalarda dövlət, xalq, millət, əxlaq, şərəf, ləyaqət, mənəviyyat kimi meyarlardan qat-qat uzaqdadırlar.
AXCP sədri Əli Kərimli siyasi karyerası boyunca fərarilik, satqınlıq, qorxaqlıq və xəyanət kimi "ilk"lərə imza atan müxalifət funksionerlərindən biridir. Ümumiyyətlə, Əli Kərimlinin elə bir statusu və canlı yayım videosu yoxdur ki, "şərh" bölümündə hakimiyyət tərəfdarlarının ünvanına ifrat təhqiramiz ifadələr işlədilməsin. Axı Əli Kərimli necə təhqirin əleyhinədir ki, onun haqqında etik çərçivədə tənqid yazanların rəyləri həmin andaca silinir və bloklanır, amma həmin şəxslərin ünvanına yazılan təhqir və söyüşlərə toxunulmur, silinmir, bloklanmır? Deməli, təhqiri və söyüşü təşkil edən elə Ə.Kərimlinin özüdür. Onun tapşırığı olmadan cəbhəçilər arasında “quş uçurdulmursa”, demək, onun razılığı olmadan yazdığı statusların və çıxışlarının "şərh bölümündə" təhqirlər də yer ala bilməz. Buradan aydın olur ki, cəbhəçi trolların təhqir və söyüş kampaniyası, birbaşa Ə.Kərimlinin gizli göstərişlərinə uyğun olaraq təşkil edilir.
Bir daha təsdiq edilir ki, siyasətə söyüşü və təhqiri AXCP və onun sədri Əli Kərimli gətirib. Sevinc Osmanqızı bildirir ki, Qabilin söyüş kampaniyası və təhqir hədəfləri ilə bağlı sifarişi Əli Kərimli verirmiş...
Sevinc Osmanqızının etirafı iki məqama işıq salır: Birincisi, ölkədəki və xaricdəki antimilli ünsürlər arasında "qrant davası"ndan irəli gələn ziddiyyətlər artır, qarşıdurma böyüyür. İkincisi, "söyüş mühacirləri" Azərbaycana qarşı təhqir kampaniyası ilə əlaqədar tapşırığı Əli Kərimli kimi anti-Azərbaycan dairələrə xidmət edən xaindən alırlar.
Siyasi mübarizəni şərəf və ləyaqət məfhumundan üstün tutaraq, onu opponentinə qarşı söyüş və həqarətlərlə tətbiq etmək, ilk növbədə, milli-mənəvi əxlaq dəyərlərimizi ayaqlar altına atmaq anlamını daşıyır. Bunu edənlər isə bu gün sosial şəbəkələrdə “xalq”, “millət” deyə bağırıb, özlərinə dividentlər qazanmağa cəhd edən “liderlər” və onların “beşinci kolon” nümayəndələridirlər ki, sözügedən vasitələrlə guya öz “mübarizələrində” üstünlük qazandıqlarını sanırlar. Əslində bunun belə olmadığını özləri də yaxşı bilirlər. Bilirlər ki, tutduqları bu yol sağlam düşüncəli insanlar tərəfindən ən sərt şəkildə qınanılır. Beləliklə də, söyüş müxalifəti deyilən bu qrup belə yolla üzləşdikləri məğlubiyyətlərini əslində etiraf etmiş olurlar. Siyasi rəqiblərinə qarşı nə qədər çox söyüşlərə, həqarətlərə, küfrlərlə yol verirlərsə, bir o qədər də məğlub olduqlarını etiraf edirər.
Bu ünsürlərin bir-birləri ilə də qızğın qarşıdurma halında olduqlarının dəfələrlə müşahidə etmişik. Məhəmməd Mirzəli ilə Trol Sadıqlının hətta canlı yayımları vasitəsi ilə bir-birlərinə “şərəfsiz” və daha ağır söyüşlər söyüb, üzlərinə tüpürmələri əskində onların əsl mahiyyətinin göstəricisidir.
Şəmsiyyə Əliqızı, "İki sahil"