Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) texniki su xəttinin neft emalı zavodunun ərazisinə gətirilməsi üçün layihə üzərində çalışır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Su Ehtiyatları Agentliyinin tabeliyindəki “Azərsu” ASC-nin Elektron idarəertmə və müasir texnologiyalar departamentinin rəisi Cabbar Cabbarlı Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.
"Hazırda NEZ ən böyük su istehlakçılarından biridir və ay ərzində 350-400 min kubmetr su alırlar. SOCAR-ın layihəsi reallaşdığı təqdirdə 350-400 min kubmetr sudan qənaət etmiş olarıq", - C. Cabbarlı deyib.
O bildirib ki, sənaye müəssisələrində sudan soyutma məqsədi ilə istifadə edilir: "Bunun üçün Abşeron yarımadasında texniki sudan istifadə halları mövcud deyil. Texniki sudan istifadə halları olsa, içməli suya qənaət daha çox ola bilər".
“Azərsu”nun rəsmisi qeyd edib ki, Azərbaycanda qeyri-əhali suvarmalarında 8 %, restoran, şadlıq evlərində 4 %, təhsil müəssisələrində 3 %, xəstəxanalarda 2 % sudan istifadə olunur.
Onun sözlərinə görə, hazırda "Azərsu" ASC 1 milyon 820 min abonentə xidmət göstərir, onlardan 96 %-i əhali, 4 %-i qeyri-əhali sektorunu əhatə edir.
"Ümumi satılan suyun həcminin 78 %-i əhali, 22 %-i qeyri-əhali sektorunun payına düşür. 22 %-in 14 %-i isə sənaye məqsədi ilə istifadə edilir", - C. Cabbarlı deyib.
O bildirib ki, bu gün 300-ə yaxın sudan xammal istifadəçisi mövcuddur.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR