Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.
D.Frensis COP həmsədrləri üçlüyünün - Azərbaycan, BƏƏ və Braziliyanın fəaliyyətini yüksək qiymətləndirib: “Bizə zəruri transformasiyaya nail olmaq üçün məhz bu tip rəhbərlik lazımdır. Hamımız COP29-un irəli sürüləcək iddialı təkliflərlə uğurlu olmasını gözləyirik. Bu konfrans qlobal istiləşməni 1,5 dərəcə saxlamaq məqsədinə nail olmaq yolunu gücləndirməyə kömək edəcək və uyğunlaşma tədbirlərini sürətləndirəcək”.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir