15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Dünya İqtisadi Forumunun enerji keçidi araşdırmaları və regional sürətləndirmə üzrə rəhbəri Espen Mehlum və neft-qaz sənayesi üzrə rəhbəri Renee Van Heusden ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş çərçivəsində SOCAR-ın neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiyası, 2035-ci ilədək Korporativ Strategiyasında müəyyənləşdirilən digər strateji hədəfləri barədə məlumat verilib. Enerji keçidinin şirkətin prioritet inkişaf istiqamətlərindən biri kimi təsbit edildiyi diqqətə çatdırılıb, bu sahədə SOCAR ilə beynəlxalq tərəfdaş şirkətlər arasında imzalanan sənədlərin, atılan birgə addımların önəmi qeyd olunub.
Söhbət zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un iqlim dəyişmələri ilə bağlı atılan addımlara mühüm töhfə verəcəyi əminliklə vurğulanıb.
Tərəflər SOCAR ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirib, dekarbonizasiya, “Xalis sıfır”, metan emissiyalarının azaldılması, rəqəmsallaşma, həmçinin dayanıqlı apstrim layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR