16 mart 2024 10:44
702

Bakıda möhtəşəm konsert və şou-proqramı keçiriləcək - "İMZA”nın təşəbbüsü və təşkilatçılığı ilə...

Bakı Konqres Mərkəzində möhtəşəm konsert və şou-proqramı keçiriləcək.

“İki sahil” xəbər verir ki, möhtəşəm rəqsləri, göstərdiyi əsrarəngiz şoularla Türkiyədə və dünyada səs gətirmiş “Alagöz” rəqs ansamblının və Azərbaycanın xalq artisti, bütün türk dünyasının sevilən sənətkarı Aygün Kazımovanın təqdim etdiyi “Qardaşlıq dastan”ı adlı möhtəşəm konsert və şou-proqramı mayın 9-da Bakı Konqres Mərkəzində keçiriləcək.

Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığını simgələyən, “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən gecə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümə həsr olunur. Uzun müddət unuda bilməyəcəyiniz fantastik və fərqli konsertin biletlərini “Iticket.az” saytından əldə edə bilərsiniz.