Kaliforniyada yerləşən Beynəlxalq İncəsənət və Elm Akademiyası Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıq edir. Mən altıncı dəfədir Qlobal Bakı Forumuna qatılıram və Forumun hər il daha uğurla keçdiyinin şahidi oluram. Qlobal Bakı Forumu çox möhtəşəm bir layihədir.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Kaliforniyada yerləşən Beynəlxalq İncəsənət və Elm Akademiyasının Prezidenti Qarri Jakops deyib.
Q. Jakops Forumda aparılan müzakirələrin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb.
“Burada iştirak edən şəxslər müxtəlif ölkələrdən gəlir və fərqli sahələrdə fəaliyyət göstərirlər. Biz, həmçinin bu il Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini də səbirsizliklə gözləyirik. Bugünkü danışıqlar onu göstərir ki, Azərbaycan COP29-u bu günədək keçirilmiş digər konfranslarla müqayisədə daha yüksək səviyyədə təşkil etməyi qarşısına məqsəd qoyub. Akademiyamız ötən il Dubayda keçirilən COP28 tədbirində fəal iştirak edirdi. Təbii ki, biz COP29-a da qatılacağıq”, - deyə Q.Jakops vurğulayıb.
Novruz və Ramazan bayramları ilə əlaqədar telekommunikasiya xidmətlərinin fasiləsizliyinin təmin edilməsi üzrə tədbirlər gücləndirilir
“COP31: Antalyaya yol”: COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu gənclərlə görüşüb
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir