Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin neft-kimya sektorunda yeni investisiya layihələri həyata keçirməyi planlaşdırır.
"İki sahil"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın Türkiyədəki törəməsi olan “SOCAR Turkiyə”nin Baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bildirib.
Onun sözlərinə görə, Türkiyə enerjisi üçün vacib komponentlərdən biri olan neft-kimya sahəsində yeni layihələr hazırlanacaq: “Bilik və təcrübəmizdən istifadə edərək, investisiya alternativlərini qiymətləndirdiyimiz "Master Plan" üzərində işləyirik. Çalışırıq ki, alternativin müəyyən edilməsi və onun həyata keçirilməsi üçün yaxın aylarda işə başlayaq. Bu da ölkələrimiz üçün ən dəqiq və effektiv töhfə verəcək”.
E. İbadov qeyd edib ki, SOCAR 15 il ərzində tərəfdaşları ilə birlikdə Türkiyədəki layihələrə ümumilikdə 18,3 milyard ABŞ dolları investisiya yatırıb: “Törəmə müəssisələri və müştərək müəssisələri ilə 15-dən çox ölkədə fəaliyyət göstərən SOCAR bu günə qədər ən böyük sərmayəsini Türkiyəyə edib. Hazırda biz Türkiyənin ən böyük birbaşa xarici sərmayədarıyıq. 15 ildə çatdığımız nöqtə iqtisadiyyata verdiyimiz əlavə dəyərlə bizi qürurlandırır”.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR