28 mart 2024 12:33
829

Boşanmalar niyə artır? - KOMİTƏDƏN AÇIQLAMA

Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması ailələrin dağılmasına gətirib çıxarır

Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması nəticədə ailə institunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Əlbəttə, Azərbaycan qədim adət-ənənələr, milli-mənəvi dəyərlər əsasında formalaşmış cəmiyyət və dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər nəzərə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə ilk növbədə ailələrə, daha sonra isə cəmiyyətə təsir göstərir.

Bu fikirləri "İki sahil"ə özəl açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Məsələləri şöbəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli söylədi.

Onun sözlərinə görə, adətən, boşanmalara səbəb kimi cütlüklər arasında  ən çox xasiyyət uyğunsuzluğu, anlaşılmazlıq, ailədə baş verən zorakılıq halları,  sağlamlıq problemləri, ziyanlı vərdişlərə meyillilik, kənardan müdaxilə, xəyanət və qısqanclıq  faktları qeyd edilir.  Mövcud səbəbləri həll etməyə çalışmayıb, sadəcə nikahın pozulmasına  qərar verərkən  cütlüklər düşünməlidirlər ki,  ailədə uşaq varsa, ailə üzvləri daha böyük  psixoloji problemlərlə  üzləşirlər.

 Yaqut Ağaşahqızı, "İki sahil"