28 mart 2024 17:12
273

Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib

Nazirlər Kabineti “Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nı təsdiq edib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Bu Qaydalar “Azərbaycan Dəmir Yolları” QSC-nin yaradılması haqqında” ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli srəncamında dəyişikliklər edilməsi və "Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” dövlət başçısının 18 sentyabr 2015-ci il tarixli fərmanının 2.1-1-ci bəndinin icrası məqsədilə hazırlanıb və dəmir yolu nəqliyyatı ilə sərnişinlərin daşınması fəaliyyətinin subsidiyalaşdırılması qaydalarını müəyyən edir.