28 mart 2024 19:22
278

Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“İki sahil” xəbər verir ki, "Hyundai" markalı avtomobilin betonqarışdıran yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Murad Elçin oğlu Yusibov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.