29 mart 2024 17:15
268

Moskva yenidən Kiyevi günahlandırdı

Moskvada 144 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı Rusiya İstintaq Komitəsi yeni açıqlama verib. Rusiya Moskvadakı terror aktına görə növbəti dəfə Kiyevi ittiham edib.

“İki sahil” CNN-ə istinadla verdiyi xəbərə görə, komitədən bildirib ki,  hücum edənlərin Ukrayna millətçiləri ilə əlaqəsi olduğu müəyyən edilib.

Qeyd olunub ki, araşdırma zamanı terrorçuların ukraynalı millətçilərlə əlaqəsi olduğu müəyyən edilib.

ABŞ Rusiyanın bu bəyanatlarına reaksiya gecikməyib.

ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Moskvanın son iddialarını “cəfəngiyyat və təbliğat” adlandırıb. O, hücuma görə yalnız terror təşkilatı İŞİD-in məsuliyyət daşıdığını bildirib.