Suraxanı rayonunun Bülbülə qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində, həmçinin Sumqayıt şəhərinin Təzə Corat və Köhnə Corat adlanan ərazilərində "Təmiz Qaz" QSC tərəfindən aşkarlanan sızmaların ləğvi, eləcə də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Hasil Bayramov küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi və Sumqayıt şəhəri, Köhnə Corat ərazisində qeyri-qanuni birləşmələrin ləğvi məqsədi ilə 01.04.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz”dan “İki sahil”ə verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonunun (Atamoğlan Rzayev, Malik Mustafayev, Səttar Bəhlulzadə, Hasil Bayramov küçələri) və Sumqayıt şəhərinin (Köhnə Corat və Təzə Corat) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR