İsmayıllı rayonunda orta təzyiqli yeraltı qaz xətlərində və Qaz Paylayıcı Stansiyalarda, Ağdaş şəhərinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrində “Təmiz Qaz” QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərində yeni çəkilmiş qaz xəttinin üzərinə sayğacların köçürülməsi, Şəki rayonunun Kiş kəndində qaz xəttinin yerinin dəyişdirilməsi, Saatlı rayonunun Qazanbatan, Əbilkənd, Genişkənd kəndlərində, Bərdə şəhərinin N.Nərimanov, C.Məmmədquluzadə küçələrində təmir-quraşdırma işlərinin görülməsi məqsədilə 03.04.2024-cü il saat 10:00-dan qaz təchizatının dayandırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir işləri aparılan müddətdə İsmayıllı rayonunun, Şəki rayonunun Kiş kəndinin, Ağdaş rayonunun Aşağı Qəsil və Aralbir kəndlərinin və rayon mərkəzinin V.Hacıyev, M.Füzuli və İstiqlal küçələrinin, Saatlı rayonunun Qazanbatan, Əbilkənd və Genişkənd kəndlərinin və Bərdə şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR