Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Qaz təsərrüfatı haqqında" qanuna edilən dəyişikliklərin tələblərinə uyğun olaraq, bu ilin yanvar-mart aylarında 255 minə yaxın mənzil və obyektlərdə müayinələr aparıb.
“İki sahil” xəbər verir ki, bunu “Azəriqaz”ın Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, mənzil və obyektlərdə müayinələrə bu ilin yanvarından başlanılıb:
"Keçirilən müayinələr nəticəsində 70 %-ə qədər mənzillərdə bu və ya digər formada nöqsanlar qeydə alınıb. Bu səbəbdən də xüsusi təhlükəli vəziyyəti nəzərə alaraq qaz cihazlarının qaz təchizatı məcburi qaydada dayandırılıb”.
İ. Behbudov vurğulayıb ki, “Azəriqaz” mənzillərdə və obyektlərdə müayinələri bu ilin noyabrın 1-nə qədər yekunlaşdırmalıdır.
SOCAR ilə bp şirkəti arasında Xəzər hövzəsində seysmik və quyu tədqiqatları üzrə əməkdaşlıq sazişi imzalanıb
SOCAR-ın prezidenti “Masdar” şirkətinin baş icraçı direktoru ilə görüşüb - FOTO
SOCAR-ın prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət ediblər
“SOCAR Türkiyə” mövcud enerji TƏCHİZATI VƏ TİCARƏTİ FƏALİYYƏTLƏRİNİ GÜCLƏNDİRİR