09 aprel 2024 12:22
605

Uşaqlara hansı dərmanları vermək olmaz? - FOTO

Bütün dərmanlar uşaqlar üçün təhlükəsiz deyil - onlardan bəziləri yalnız müəyyən bir dozada verilə bilər. Bəs, hansı dərmanları uşaqlara vermək olmaz?

“İki sahil” xəbər verir ki, “Gazeta.Ru” bununla bağlı məqalə yayımlayıb.

Məqalədə qeyd edilir ki, Rosstatın məlumatına görə, hər il orta hesabla 5 minə yaxın uşaq dərman, dərman və bioloji maddələrdən zəhərlənir.

Ekspertler bildiriblər ki, tibb işçilərinin müdaxiləsi nəticəsində baş verən zəhərlənmələrlə yanaşı, həkim resepti olmadan dərmanların müstəqil istifadəsi və icazə verilən yaş dozalarına riayət edilməməsi də tez-tez baş verir.

Belə dərmanlara ilk olaraq ağrıkəsicilər və qızdırmasalıcı dərmanlar aiddir. Əsasən də ibuprofen və parasetamol. “Parasetamolun həddindən artıq dozası (60 mq/kq/gündən çox) zamanı qaraciyər funksiyasının pozulması (fulminant hepatit, qaraciyər çatışmazlığı), hətta ölümlə nəticələnə bilər. İbuprofenin maksimal gündəlik dozası gündə 30 mq/kq-dan çox olmamalıdır. Yan təsirlər əsasən dozadan asılıdır. Uşaqlarda ibuprofenlə uzunmüddətli müalicə zamanı periferik qanın vəziyyətini, qaraciyər və böyrəklərin funksional vəziyyətinə nəzarət etmək lazımdır. Aspirinin də ciddi yan təsiri riski olduğundan 15 yaşdan kiçik uşaqlarda istifadəsi qəti şəkildə tövsiyə edilmir. Nadir hallarda, onlar yalnız həkim tərəfindən təyin edildiyi kimi göstərişlərə uyğun olaraq qəbul edilə bilər.

İkinci qrup dərmalara mukolitiklər daxildir. Yəni bəlğəmi yumşaldan dərmanlar. Bel ədərmanlar yalnız göstərişlərə uyğun və pediatrın nəzarəti altında istifadə edilməlidir, çünki öskürmək qabiliyyəti uşaqlarda 4-6 yaş arasında tam inkişaf edir. Bu yaşda olan uşaqlarda bəlğəmin miqdarının artması onlara daha çox zərər verə bilər. Öskürək anadangəlmə refleksdir, onu müalicə etmək lazım deyil, öskürəyin səbəbini müəyyənləşdirib müalicə etmək lazımdır.

Üçüncü qrupa yerli istifadə üçün nəzərdə tutulan dərmanlar daxildir. Burun tutulan zaman istifadə edilən dərmanlar. Bu dərmanlardan beş gündən çox olmayan qısa kursda və gündə 2-3 dəfədən çox olmayaraq istifadə edilməlidir. Bu qrupun dərmanlarının uzun müddət istifadəsi və ya həddindən artıq doza müalicəvi  effektini zəiflədir və dərmana bağlı rinit və burun selikli qişasının atrofiyası (incəlməsi) riski yaradır.

Dördüncü qrup ishal əleyhinə dərmanlardır. Bu dərmanı 5 yaşdan kiçik uşaqlarda həkim resepti və nəzarəti olmadan istifadə etmək olmaz, çünki bağırsaq divarının daralmasının kritik azalmasına səbəb ola bilər ki, bu da öz növbəsində bağırsağın həddindən artıq genişlənməsinə və qan tədarükünün pozulmasına səbəb olur.

Həm böyüklərdə, həm də uşaqlarda hər hansı bir dərmanı istifadə etməzdən əvvəl təlimatları diqqətlə oxumaq və həkiminizlə məsləhətləşmək lazımdır.

Nüsrət Məmmədov, "İki sahil"