11 aprel 2024 14:14
354

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib, bəzi çaylarda daşqın olacaq

Aprelin 14-ü gündüz şimal və qərb rayonlarından başlayaraq 15-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə (Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.