Ermənistanda polis 36 kq qızıl və 290 milyon rubl oğurlayan soyğunçuların bəzilərini saxlayıb.
“İki sahil” Ermənistan KİV-nə istinadən xəbər verir ki, hücum edənlər İrəvan-Yerasx avtomobil yolunda yaxalanıb. Onların getdikləri “Mercedes Vito” markalı mikroavtobusda qızıl külçələr və məbləğin bir hissəsi aşkar edilib. Sosial şəbəkələrdə həbsin videoları yayımlanıb.
Qeyd edilib ki, İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi həbslə bağlı məlumatı şərh etmir.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib