13 aprel 2024 16:37
239

Azərbaycan Basketbol Liqası: "NTD İndiqo" səfərdə qələbə qazanıb

Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.

“İki sahil” xəbər verir ki, günün yeganə matçında "Cəlilabad" "NTD-İndiqo"nu qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 108:87

Bu nəticədən sonra xallarının sayını 30-a çatdıran Xaçmaz klubu ikinci sıradakı "Xəzri"yə çatıb. "Cəlilabad" 21 xalla 8-ci pillədə qalıb.

Qeyd edək ki, turun "Şəki" - "Gəncə" matçı aprelin 14-də baş tutacaq. Daha əvvəl "Sərhədçi" "Xəzri"ni (98:70), "Xırdalan" "Neftçi"ni (114:109), "Sabah" "Sumqayıt"ı (93:73) məğlub edib.