13 aprel 2024 17:50
390

Azərbaycanın BMT ilə imzalayacağı yeni Çərçivə Sənədinin istiqamətləri müəyyənləşdiriləcək

Azərbaycanın BMT ilə imzalayacağı və 2026-2030-cu illəri əhatə edəcək yeni Çərçivə Sənədinin istiqamətləri müəyyənləşdiriləcək.

“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.

"Gələn ilin yanvar ayında BMT ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli prioritetləşdirmə seminarı keçiriləcək və bunun yekununda sənədin istiqamətləri məlum olacaq. Yeni Çərçivə Sənədinin prioritetləri ilə bağlı məlumat vermək hələ tezdir. Hazırda “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” icra edilir. Bu il çərçivə sənədinin qiymətləndirilməsi aparılacaq", - deyə o qeyd edib.