13 aprel 2024 18:27
307

"Turan Tovuz"dan əzmkar qələbə

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Qəbələ" "Turan Tovuz"u qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 49-cu dəqiqəsində Əyyub Allaş hesabı açıb. 81-ci dəqiqədə isə Aleks Souza tovuzluların bərabərlik qolunu vurub.

Oyunda son nöqtəni 90+5-ci dəqiqədə Belajdi Pusi qoyub – 1-2.

Misli Premyer Liqası,

30-cu tur

13 aprel (şənbə)

 16:30."Qəbələ" 1–2 "Turan Tovuz"

Qollar: Əyyub Allaş, 49 (1-0), Aleks Souza, 81 (1:1), Belajdi Pusi, 90+5 (1-2)

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev

Qəbələ şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”