13 aprel 2024 19:11
270

"Atletiko"dan qələbə

La Liqanın 31-ci turunda "Atletiko" "Jirona"nı qəbul edib.

“İki sahil” xəbər verir ki, "Çivitas Metropolitano" stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Antuan Qrizmann sözügedən görüşdə dubla imza atıb.

"Atletiko" - "Jirona" - 3:1
Qollar: Dovbik, 4 (0:1), Qrizmann, 34 (1:1), Korrea, 45+6 (2:1), Qrizmann, 50 (3:1)

"Jirona" 65 xalla 3-cü, "Atletiko" 61 xalla 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 75 xalla "Real" başçılıq edir.