13 aprel 2024 20:52
274

"Neftçi" "Araz-Naxçıvan"ı darmadağın etdi

Misli Premyer Liqasının 30-cu turu çərçivəsində "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

“İki sahil” xəbər verir ki, Elmar Baxşiyev "Araz-Naxçıvan"da debüt etdiyi oyunun 1-ci dəqiqəsində "Neftçi" hesabı açıb. Yarışın 1-ci dəqiqəsində ağ-qaraların futbolçusu Brayan Moreno fərqlənib. 45-ci dəqiqədə isə Rəhman Hacıyev bakılıların üstünlüyünü iki topa yüksəldib.

Oyunda son nöqtəni 87-ci dəqiqədə İqor Ribeyro qoyub – 3-0.

Qeyd edək ki, bu, “ağ-qaraların” Naxçıvan təmsilçisi üzərində ilk qələbəsidir.

Misli Premyer Liqası,

30-cu tur

13 aprel (şənbə)

19:00. "Neftçi" 3–0 "Araz-Naxçıvan"

Qollar: Brayan Moreno, 1 (1-0), Rəhman Hacıyev, 45 (2-0), İqor Ribeyro, 87 (3-0)

Hakimlər: Əliyar Ağayev, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli

"Neftçi Arena"

Məhərrəm Ağalaroğlu, “İki sahil”