13 aprel 2024 23:32
292

PSJ Turamı istəyir?

PSJ "Real Madrid"ə keçəcək Killian Mbappenin yerinə namizəd tapıb.

“İki sahil” "SportBild"ə istinadən xəbər verir ki, Paris klubu "İnter"in hücumçusu Markus Turamla maraqlanır.

Mənbənin məlumatına görə, fransız forvardının Mbappe kimi, həm hücumun mərkəzində, həm də cinahda oynaya bilməsi klub rəsmilərinin ürəyincədir. 

"İnter" 26 yaşlı futbolçunu minimum 80 milyon avroya satmağa hazır olduğu da xəbər verilib. Turamı "Milan" da almaq istəyir, lakin PSJ-njn hücumçuya daha yaxşı şərtlər təklif etdiyi bildirilir.

Markis Turam bu mövsüm bütün turnirlərdə 40 oyun keçirib, 12 qol vurub və 12 məhsuldar ötürmə verib. "Transfermarkt" futbolçunun təxmini dəyərini 60 milyon avro qiymətləndirir.