14 aprel 2024 08:01
208

Şolts Çinə rəsmi səfər edib

lmaniya kansleri Olaf Şolts Çinə səfərə başlayaraq ölkənin cənub-qərbindəki Çunçin şəhərinə gedib.

“İki sahil” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, Şolts Çinə Almaniya hökumətinin rəhbəri qismində ikinci dəfədir səfər edir. Bundan əlavə, bu, Qərb liderinin 2024-cü ildə Çinə ilk səfəridir.

Almaniya kanslerini ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat üzrə məsul olan üç nazir müşayiət edir. Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin, xüsusilə “Siemens”, BMW, “Mercedes-Benz” şirkətlərinin nümayəndələri daxildir.