14 aprel 2024 12:24
248

Azərbaycanın daha 4 idmançısı Avropa Kuboku turnirində mübarizəyə qoşulacaq

Almaniyanın paytaxtı Berlində davam edən cüdo üzrə Avropa Kuboku turnirinin ikinci günündə Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.

"İki sahil" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün başa çatacaq birincilikdə oğlanlar arasında 73 kq çəki dərəcəsində Cəsur İbadlı, 81 kq-da Mehdi Abbasov və Əli Qazıməmmədov, +90 kq çəki dərəcəsində isə Sübhan Axundov qalib adı uğrunda yarışacaq.

Qeyd edək ki, yarışın ilk günü idmançılarımız 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.