16 aprel 2024 08:49
189

KİV: İsrail əsgərləri 12 fələstinlini həbs edib

İsrail hərbçiləri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı ən azı 12 fələstinlini həbs edib.

“İki sahil” xəbər verir ki, bu barədə Fələstinin “WAFA” xəbər agentliyi məlumat yayıb.

Qeytd edilib ki, bir neçə şəhərdə həbslər olub. İsrail əsgərləri Cenin şərqində 5, Hebronda 3 və Qalkilyanın cənubunda 4 nəfəri saxlayıb. Agentlik daha əvvəl İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı hücumlar zamanı evlərə və mağazalara edilən çoxsaylı hücumlar, eləcə də avtomobillərin daşqalaq edilməsi barədə məlumat vermişdi. Bu hadisələr nəticəsində bir neçə nəfər yaralanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”