16 aprel 2024 09:15
165

Şüvəlanda yol qəzası olub

Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Şüvəlan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Şükürov Ramil İxtiyar oğlu, 2006-cı il təvəllüdlü Hüseynzadə Əliabbas Ağa oğlu və həmyaşıdı Əlizadə Naib Oktay oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.