16 aprel 2024 10:26
183

Kriştianu Ronaldu cəzalandırıldı

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun kapitanı Kriştianu Ronaldu 2 oyunluq cəzalandırılacaq.

“İki sahil” “Asharq Al-Aswat”a istinadən xəbər verir ki, buna portuqaliyalı ulduz futbolçunun ölkə kubokunun yarımfinalında qarşılaşdıqları “Əl-Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibi dirsəklə vurması səbəb olub.

Qeyd edək ki, 39 yaşlı oyunçu bu mövsüm meydana çıxdığı 37 oyunda 36 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.