16 aprel 2024 12:00
580

Yazda vitamin çatışmazlığını necə kompensasiya EDƏK? - HƏKİM MƏSLƏHƏTİ

Ənənəvi olaraq yazda baş verən vitamin çatışmazlığını necə kompensasiya etmək olar? Hansı qidaların qəbulu bu aylarda mütləq olmalıdır?

“İki sahil” xəbər verir ki, bu barədə aif.ru-ya Rusiya Səhiyyə Nazirliyinin terapiya və ümumi tibbi praktika üzrə baş ştatdankənar mütəxəssisi Oksana Drapkina məlumat verib.

Mütəxəssis qeyd edib ki, balanslı pəhrizə əməl etmək lazımdır. Belə ki, menyuda kifayət qədər miqdarda tərəvəz, meyvə, göyərti, süd məhsulları, ət, balıq və yumurta olmalıdır. Bu, immunitet və sinir sistemlərinin normal işləməsi üçün lazım olan vitamin və mineralların çatışmazlığını kompensasiya edəcəkdir. Yaz aylarında ən çox A, D, B1, E, B12, B6, B2, K vitaminlərinin çatışmazlığı müşahidə olunur.

A vitamini balıq yağında, heyvan və quş ciyərində, yumurtada, yağda, kökdə, qırmızı bibərdə, balqabaqda, pomidorda, ərikdə, şaftalıda, armudda, qırmızı və narıncı çalarlarda rənglənmiş tərəvəz və meyvələrdə olur.

B vitaminlərinin əsas mənbələri həm heyvan, həm də bitki mənşəli məhsullardır. Onlar qoz və fındıqda, ispanaqda, kartofda, kökdə, kələmdə, paxlalı bitkilərdə, həmçinin yumurtada, balıqda və qaraciyərdə olur.

D vitamini balıq yağı, sardina, siyənək, qızılbalıq, ton balığı, süd və süd məhsulları, kəpəkli çörəyin tərkibində olur. Bundan əlavə, bu vitamin Günəşə məruz qaldıqda dəridə əmələ gəlir.

Vitamin E dənli taxıllarda, buğda cücərtilərində, cəfəri, bitki yağlarında, toxum və qoz-fındıqda, toyuq yumurtasında, kələmdə, itburnu və albalıda, giləmeyvələrdə olur.

Yaşıl yarpaqlı tərəvəzlər, kələm, gicitkən, çovdar, yulaf və itburnu K vitamini ilə zəngindir. Bundan əlavə, yaz aylarında kətan toxumu, qoz, dəniz yosunu və balıqda olan omeqa-3 ilə zəngin qidalar yemək çox vacibdir.

Nüsrət Məmmədov, "İki sahil"