16 aprel 2024 13:16
163

Buraxılış imtahanında 11 nəfərin nəticəsi ləğv edilib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub.

Dövlət İmtahan Mərkəzindən “İki sahil”ə verilən xəbərə görə, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.