16 aprel 2024 13:25
161

Misirin XİN rəhbəri Türkiyəyə səfər edəcək

Misirin xarici işlər naziri Sameh Şükri Qəzza böhranını müzakirə etmək üçün həftənin sonunda Türkiyəyə səfər edəcək.

“İki sahil”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, səfər zamanı o, türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.

Tərəflər Qəzza sektorunda yaranmış vəziyyət, eləcə də regionda baş verən son hadisələr ətrafında geniş fikir mübadiləsi aparacaq.