Azərbayanın U-21 millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 29-cu tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, komanda lider "Luqodorets"in qonağı olub .Bu görüşdə "Arda" 0:2 hesabı ilə uduzub.
Cəlal Hüseynov isə meydana start heyətdə çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, "Arda" hazırda turnir cədvəlində 39 xalla 9-cu pillədədir. "Ludoqorets" isə 72 xalla 1-cidir.